VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Danimarka millisinin və Norveçin "Rusenborq" klubunun futbolçusu Niklas Bendtner həbs olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu taksi sürücüsünü vurduğu üçün 50 gün həbs cəzasına məhkum edilib.

O həmçinin zərərçəkmişə 1000 funt sterlinq təzminat ödəməli olacaq. Oyunçunun vəkili məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib.

Bentdner senytabr ayında taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb.

Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngiltərənin "Arsenal" və İtaliyanın "Yuventus" klublarının da şərəfini qoruyub.

Xatırladaq ki, İtaliya millisinin sabiq futbolçusu Vinçentso Yakvinta qanunsuz odlu silah saxladığı üçün 2 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS