SİZİN REKLAM BURADA!
055 213 76 73



UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” Ukraynanın “Vorskla” komandası ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. 

Qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç komandasını hesabda irəli çıxarıb: - 0:1.

Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.

"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simoen Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulah Zubir, 52. Jakub Jezniçak, 77. Donald Gerye

Baş məşqçi: Qurban Qurbanov

“Vorskla”: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Najip Yakubu, 6. Aleksandr Sklya, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 26. Yuri Kolomoyets, 44. Ardin Dallku (Kosovo), 82. Pavlo Rebenyo

Baş məşqçi: Vasili Saçko

BAKU.WS