SİZİN REKLAM BURADA!
055 213 76 73



İspaniya La Liqa klubolarından "Barselona"nın ulduz futbolçusu Lionel Messinin sağ qolu qırılıb.

BAKU.WS-in məlumatına görə, Argentina millisinin üzvü 3 həftəlik meydançadan kənarda qalacaq.

Messi "Camp Nou"da "Sevilya" ilə matçın ilk hissəsində Mudo Vazquez ilə mübarizə zamanı zədələnib. Qolu qırılan futbolçu oyundan çıxarkən uzun müddət alqışlanıb.

Oyunu tərk edən futbolçu bir qol və bir məhsuldar pasla yadda qalıb.

Messi 28 oktyabrda "Camp Nou"da baş tutacaq "Real Madrid" matçı və Çempionlar Liqasında "İnter"lə oyunlarda iştirak edə bilməyəcək. 

Şahin
BAKU.WS