SİZİN REKLAM BURADA!
055 213 76 73



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Sumo Federasiyasını (BSF) tanıyıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, qərar BOK-un Argentinada keçirilən sessiyasında qəbul olunub.

BOK-un hesabatında BSF-yə 84 milli federasiyanın üzv olduğu, həmçinin hazırda 40 min peşəkar idmançının sumo ilə məşğul olduğu qeyd olunub.

BSF 1992-ci ildə yaradılıb və federasiyaya yaponiyalı Heditosi Tanaka rəhbərlik edir.

BAKU.WS