SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

BAKU.WS