SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

“Dalğa Arena”da baş tutan qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 85-ci dəqiqədə Miloş Radivoyeviç vurub.

Çempionatda ilk qələbəsini qazanan qəsəbə təmsilçisi 4 xalla 7-ci pilləyə yüksəlib. “Qəbələ” isə 5 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun digər matçında “Səbail” “Sumqayıt”la üz-üzə gəlir. “Neftçi” - “Sabah” görüşü isə 20:15-də başlayacaq.

BAKU.WS