SİZİN REKLAM BURADA!
055 213 76 73



Oktyabrın 3-də UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, C qrupda Fransanın PSJ klubu doğma meydanda Serbiyanın "Crevena Zvezda" klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:1).

Qrupun digər oyununda İtaliyada "Napoli" klubu İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

D qrupunda Rusiyanın "Lokomotiv" komandası Almaniyanın "Şalke" klubunu qəbul edib. Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Türkiyənin "Qalatasaray" klubu Portuqaliyanın "Porto" komandasının qonağı olacaq.

BAKU.WS