SİZİN REKLAM BURADA!
055 213 76 73



TT Fight Club hər zaman olduğu kimi ölkəmizin bütün idman hadisələrinin iştirakçısı olmaqla, respublikamızda ilk dəfə keçiriləcək Cüdo Üzrə Dünya Çempionatını yaxından izləyir.

Paytaxtımıza təşrif buyurmuş çoxsaylı idmançılar arasında, bir ad xüsusi diqqət çəkir.

Klubdan BAKU.WS-ə verilən məlumata görə, 17 yaşında artıq dünya çempionu statusunu qazammış ukraynalı Darya Bilodid, bu gün TT Fight Club-un prezidenti Turqut Salayevin qonağı olub və yaradılan şəraitlə yaxından tanış olub. "Əlbəttə ki, Bakı, Darya üçün ən xoş xatirələrin unudulmaz məkanı olacaqdır. Idmançıya gələcəkdə uğurlar arzu edirik",-məlumatda qeyd edilib.

BAKU.WS