VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Millətlər Liqası, A divizionunda gözlənilməz hesab ortaya çıxıb. 

BAKU.WS-in məlumatına görə, 4-cü qrupda İspaniya - Xorvatiya ilə qarşılaşıb. 

Qarşılaşmadan ispanlar 6:0 hesablı qələbə ilə ayrılıb.

24-cü dəqiqədə Saul, 33-cü dəqiqədə Asensio fərqlənərək hesabı 2:0 çatdırıb. Asensionun 35-ci dəqiqədə vurduğu möhtəşəm zərbə isə Lovre Kaliniçə dəyərək qapıya yollanıb. Beləcə birincə hissə 3:0 hesabı ilə yekunlaşıb. 

İkinci hissədə də ispanlar rəqibə göz açmağa imkan verməyib. Rrodriqo (49-cu dəq.), Ramos (57-ci dəq.) və İsko (70-ci dəq.) xorvatların qapısınından top keçirə bilib. 

BAKU.WS