SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" komandası yoxlama oyunu keçirəcək.

BAKU.WS klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəqibi I Divizionda çıxış edən "Neftçi-2" kollektivi olacaq.

Sentyabrın 9-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 11:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi” Azərbaycan Premyer Liqasının IV turunda evdə "Keşlə” ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da baş tutacaq.

BAKU.WS