SİZİN REKLAM BURADA!
055 213 76 73



İngiltərə millisinin sabiq oyunçusu Devid Bekhem yaratdığı yeni futbol klubunun adını açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ingiltərəli məşhur futbolçu şəxsi "İnstagram" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni klubunun adı "İnter Mayami"dir: "Dörd il əvvəl biz bu futbol klubunu yaratmağı arzuladıq və hər şeyin əsasını qoyduq. Artıq bu gün bizim klubumuzun rəsmi loqosu var və futbol klubumuzun adı "İnter Mayami"dir"

Qeyd edək ki, "İnter Mayami" klubu ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.

BAKU.WS