SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Keşlə" komandasının baş məşqçisi Yuri Maksimov postundan istefa verib.

Klubun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ukraynalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. Bu ilin yanvar ayında "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.

BAKU.WS