VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya yığmasında kareyasının bitdiyini bildirib.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, bunu o, dünən Xorvatiyaya qarşı keçirilimiş futbol üzrə dünya çempionatının ¼ finalından sonra deyib: “Artıq qərar vermişəm. Qərara gəldim ki, bu mənim Rusiya yığmasında son oyunumdur”.

A.Səmədov Rusiya yığmasında 53 oyun keçirib və 7 qol vurub. Milli komandada o, 2011-ci ildə debüt edib. DÇ-2018-də Aleksandr Rusiya yığmasının beş oyunun hamısında meydana çıxıb.

2011-ci ilə qədər o, dəfələrlə Azərbaycan yığmasına dəvət alsa da, Rusiya yığmasını seçib.

BAKU.WS