VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan kikboksing üzrə peşəkarlar yığması Londonda keçirilən King Of Kings (KOK) turnirinin dünya qran-prisində iştirak edib.

APA-nın London müxbirinin verdiyi xəbərə görə, turnirdə yığma komandanın üzvü Elxan Əliyev 71 kg çəkidə böyük britaniyalı rəqibi Kade Sherloku məğlub edib.

İkinci raundda Polşalı rəqibi Dominik Matuş üzərində qələbə çalan Elxan Əliyev kubokun sahibi olub.

Digər yarışlarda isə Alişan Aslanlı polşalı Lukas Dud, Asəf Aslanov Böyük Britaniyalı Reon Vanga, Arzuman Qədimov Böyük Britaniyalı Joe Himsvors, israilli Daniela Paşayev polşalı Klaudiya Paviçk üzərində qələbə çalıb. Eduard Məmmədov ispaniyalı rəqibi Markos San Paulinoya, Turan Qafarov isə böyük britaniyalı rəqibi Sam Havkinsə məğlub olub.

Azərbaycan Kikboksing Federasiyası Peşəkarlar üzrə yığmanın baş məşqçisi Elşən Əbdülrəhimov APA-ya açıqlamasında yarışdan istədiklərini nəticəni əldə etdiklərini bildirib: “Biz yığma olaraq ilk dəfə KOK turnirinə qatılırdıq. Daha öncə idmançımız Zabit Səmədov bir neçə dəfə dünya və Avropa kəmərini qazanıb, ancaq yığma olaraq ilk dəfədir ki, biz bu yarışda iştirak edirik. Biz kuboku Azərbaycana aparacağımız üçün çox sevinirik”.

E. Əbdülrəhimov bildirib ki, yığma komanda Kafkaz Combat Qrupunun qurucusu Hafiz Baxşaliyev tərəfindən Londona dəvət edilib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin göstərişi ilə yığma komanda təlim məşq toplanışlarına başladı və mütəmadi olaraq bu yarışlara hazırlaşdıq. Federasiyanın vitse-prezidenti Aydın Əhmədovun da bura gəlməyimizdə böyük rolu olub. Bu yarışdan sonra istədiyimiz nəticəni əldə etdik. Dördlükdə KOK kuboku uğrunda yığma komandanı Elxan Əliyev təmsil edirdi və iki gözəl qələbə ilə polşalı və ingilis rəqiblərini məğlub etdi. Həmçinin yarışlarda bizi hakimlər heyəti tərəfindən beynəlxalq dərəcəli hakim Fəxrəddin Quliyev federasiyanı təmsil edirdi”.

BAKU.WS