SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qarabağ” klubu yeni qapıçı transferini rəsmən açıqlayıb.

BAKU.WS-in məlumatına görə, Ağdam təmsilçisi bu il Rusiyada keçirilən dünya çempionatında iştirak edən qolkiperi heyətinə qatıb.

İslandiya yığmasının 34 yaşlı qapıçısı Hannes Tur Halldorssonla hərtərəfli razılıq əldə edilib.

Qeyd edək ki, Rusiyadakı mundialda İslandiya yığmasının qapısını qoruyan Hannes Tur Halldorsson Argentina ilə bərabərə başa çatan (1:1) qarşılaşmada Lionel Messinin penalti zərbəsini dəf edərək, qəhrəmana çevrilmişdi. Digər peşəsi rejissorluq olan Halldorsson 2011-ci ildən İslandiya millisinin qapısını qoruyur.

BAKU.WS