VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


FİFA Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonaya dünya çempionatında baş çəkdiyi hər oyun üçün 10 min funt sterlinq (11,3 min avro) ödəyir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu ödəniş ali futbol qurumunun Əfsanələr Proqramında nəzərdə tutulub. FİFA prezidenti Canni İnfantino mundialda hər bir iştirakçı ölkənin heç olmasa, bir sabiq futbolçusunun səfir kimi iştirakını istəyir.

Qeyd edək ki, Dieqo Maradona DÇ-2018-də Argentina millisinin qrup mərhələsindəki hər 3 oyununu canlı izləyib. O, İslandiya (1:1), Xorvatiya (0:3) və Nigeriya (2:1) ilə qarşılaşmalarda iştirak edib. Son oyunda Maradona argentinalı futbolçu Markos Roxonun qələbə topundan sonra orta barmaqlarını göstərərək, qeyri-etik jest edib. Görüşdən sonra əfsanəvi futbolçunun səhhəti pisləşib. Nəticədə həkim çağırmaq lazım gəlib. Argentina 1/8 finalda Fransa ilə qarşılaşacaq. İyunun 30-da Kazanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

BAKU.WS