SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.

BAKU.WS-in məlumatına görə, "Yekaterinburq Arena"da Fransa millisi Peru ilə üz-üzə gəlib. Qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.

DÇ-2018

21 iyun

II tur


C qrupu

19:00. Fransa - Peru 1:0

Qol: Kilian Mbappe, 34

Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)

Yekaterinburq, "Yekaterinburq Arena"

Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.

BAKU.WS