Rafael Ağayev idmançı karyerasına son qoyacağı vaxtı açıqladı
» » Rafael Ağayev idmançı karyerasına son qoyacağı vaxtı açıqladı


16-05-2018 | 17:01

  • 1 823

Rafael Ağayev idmançı karyerasına son qoyacağı vaxtı açıqladı


Serbiyanın Novi Sad şəhərində 11-ci dəfə Avropa çempionu olan Rafael Ağayev “Report”un suallarını cavablandırıb.

33 yaşlı idmançı əvvəlcə yarışla bağlı təəsüratlarını bölüşüb.

- Bu, mənim böyüklər arasında Avropa çempionatında 11-ci qızıl medalım idi. Ümumilikdə gənclərlə birgə 14 dəfə qitə çempionu olmuşam. Bu da sevindirici haldır. Düşünürəm ki, öz rekordumu qırdım. Qarşıda bizi mötəbər yarışlar, ən əsası, dünya çempionatı gözləyir. Çalışacağam ki, mundialda da qızıl medal qazanım. Həm 6-cı dəfə dünya çempionu olmaq, həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq niyyətindəyəm. Çempion olduğum üçün ilk növbədə, ailəmə və məşqçilərimə təşəkkürümü bildirirəm. Çalışacağam ki, Vətənimin adını və bayrağını bütün dünyaya nümayiş etdirim.

- Olimpiadaya hələ 2 ilin qaldığını nəzərə alsaq, o vaxtadək yaş öz sözünü deyə bilərmi və Tokioda da qızıl medal şanslarını necə dəyərləndirirsən?

- Yaş öz sözünü deyir ifadəsini dırnaqarası qeyd edərdim. İdmanı bilən də, bilməyən də "Yaşın gedir, bu idman növü ilə vidalaş" söyləyir. Amma mən belə düşünmürəm. Peşəkar idmançının zədəsinin olması normaldır. Sadəcə, iradəli olmaq lazımdır. Bu gün öz çəki dərəcəmdə dünya reytinqində birinciyəmsə, deməli, yaş heç də öz sözünü demir. Çalışacağam ki, nəinki olimpiadaya vəsiqə qazanım, həm də olimpiya çempionu olmaq ən böyük arzumdur. Ondan sonra ola bilər ki, idmançı karyeramı başa vurum.

- Yarışa bir gün qalmış Avropa çempionatına qatılmağın medalların sayına təsir etdi?

- Əlbəttə, təsir etdi. Çempionata bir gün qalmış 5-6 kq çəki salmışdım. Həmin gün mənim üçün çox çətin keçdi. Ertəsi gün isə döyüşlərə çıxdım. Bu, doğrudan da öz sözünü dedi. Döyüşlərim istədiyim səviyyədə keçmədi. Lakin təcrübəm sayəsində finala yüksəldim. Yarımfinalda çox güclü rəqibim olan italiyalı karateçi Luici Busaya qalib gəldim. Finalda macarıstanlı Qabor Harşpatakiyə döyüş zamanı 2:0 önə keçdiyimdən, rahat idim. Nəticədə bu döyüşdən də qalib ayrılaraq, Azərbaycan xalqına sevinc bəxş etdim.

- Ötən il azarkeşi olduğunuz “Yuventus” klubunun dəvətə ilə İtaliyaya yollanacağınızı demişdiniz. Bu barədə yenilik var?

- 1994-cü ildən "Yuventus" azarkeşiyəm. Moskvada yaşayan köməkçimlə əlaqə qurmuşdular. Təqribən 1,5 il əvvəl onun vasitəsilə kluba dəvət almışdım. Mənə məlumat vermişdilər ki, çox tanınmış idmançı kimi "Yuventus"un akademiyasında olmağımı istəyirlər. Karateçi əlcəyini və ya kimononu klubun muzeyindən asacaqdılar. Klubu ziyarət edənlər isə şəkil çəkdirəcəkdilər. Həmin vaxt yarışlarım çox olduğundan, gedə bilməmişdim. Yenə də ümidimi üzmürəm. Təklif olarsa, əlbəttə, məmnuniyyətlə gedərəm.

- Bir ara Bakıda "Yuventus"un akademiyasını açılmışdı. Ora getmişdin?

- Getmişdim, italiyalı müəllimlərlə də tanış olmuşdum. Qardaşım oğlu Mahiri bir həftə müddətində özümlə ora aparıb-gətirdim, məşqlərdə iştirak etdi. Məşqlərdən həzz aldıq. Hər şey gözəl idi. Lakin akademiyanın fəaliyyəti çox davam etmədi. İnanıram ki, yenidən bərpa olunar.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq İqtisadiyyat Diqqət!!! Bakıda işə düzəltmək adı ilə qızları tovlayan dələduz peyda olub! Diqqət!!! Bakıda işə düzəltmək adı ilə qızları tovlayan dələduz peyda olub! Sosial Bakıda Bakıda "moykada" biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO Həyat tərzi / Video Bakıda tikinti şirkəti əhalidən üzr istədi, biabır oldu Bakıda tikinti şirkəti əhalidən üzr istədi, biabır oldu Sosial Hacıqabulda zəhərlənən alman uşağın xilas edilməsi üçün Almaniyadan reaktiv təyyarə göndərildi Hacıqabulda zəhərlənən alman uşağın xilas edilməsi üçün Almaniyadan reaktiv təyyarə göndərildi Sosial Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat Bakıda yol kənarında fahişələrin Bakıda yol kənarında fahişələrin "axşam bazarı" (VİDEO) Hadisə / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes "40 yaşı var, subay oğlanı sevir" - Aktrisa Fidan Axundova (EKSKLÜZİV) Şou-biznes İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Mobil cihazların qeydiyyatı ilə bağlı yeni RÜSUMLAR QÜVVƏYƏ MİNDİ – YENİ QİYMƏTLƏR Mobil cihazların qeydiyyatı ilə bağlı yeni RÜSUMLAR QÜVVƏYƏ MİNDİ – YENİ QİYMƏTLƏR Əsas Xəbər / İqtisadiyyat Bakıda süpürgəçiləri ölümdən qurtaracaq texnikaların iş prinsipi (VİDEO) Bakıda süpürgəçiləri ölümdən qurtaracaq texnikaların iş prinsipi (VİDEO) Əsas Xəbər / Video / Sosial "Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO Şou-biznes / Video "Nizami Rəmzinin mahnısını oxuyurlar, amma adını demirlər" - Namiq Məna - VİDEO Şou-biznes / Video Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video Bakıda Türkiyəyə dəstək aksiyası - küçədə Bakıda Türkiyəyə dəstək aksiyası - küçədə "dollar" yandırıldı (VİDEO) Video / Sosial
Son əlavəПоследние публикации
Azərbaycanda qızıl-gümüş bazarı bahalaşıb
17 avqust 2018

Azərbaycanda qızıl-gümüş bazarı bahalaşıb

12 İqtisadiyyat
Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO
17 avqust 2018

Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO

255 Əsas Xəbər / Video / Siyasət
Mərkəzi Bank dolların məzənnəsini açıqladı
17 avqust 2018

Mərkəzi Bank dolların məzənnəsini açıqladı

249 İqtisadiyyat
17 avqust 2018

"Şeyx Xəmzət" Azərbaycana buraxılmadı

1 378 Hadisə