SİZİN REKLAM BURADA!
055 213 76 73



Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan təmsilçimiz Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan idmançılarını tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda onun rəqibi Belarus idmançısı olacaq.

65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya və Türkiyə təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. Növbəti rəqib Sloveniya idmançısı olacaq.

70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə qarşılaşacaq.

Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə qarşılaşacaq.

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Onun yarımfinalda rəqibi Belarus idmançısı olacaq.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

57 kq
1/2 final - Vladislav Andreyeu (Belarus) - Georgi Edişeraşvili
1/4 final - Georgi Edişeraşvili - Miqran Jaburyan (Ermənistan) 10:0
1/8 final - Georgi Edişeraşvili - Mikyay Salim Naim (Bolqarıstan) 10:0

65 kq
1/2 final - David Habat (Slovakiya) - Hacı Əliyev
1/4 final - Selahattin Kılıçsallayan (Türkiyə) - Hacı Əliyev 2:9
1/8 final - Hacı Əliyev - Qabriel Yanatş (Avstriya) 10:0 (49 san.)

70 kq
1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (Polşa)
1/4 final - Miroslav Kirov (Bolqarıstan) - Murtuz Müslümov 2:7
1/8 final - Aleksandr Semisorov (Almaniya) - Murtuz Müslümov 8:9

79 kq
1/2 final - Axmed Qazimaqomedov (Rusiya) - Cəbrayıl Həsənov
1/4 final - Varuzhan Kajoyan (Ermənistan) - Cəbrayıl Həsənov 1:6
1/8 final - Cəbrayıl Həsənov - Rüstəm Dudayev (Ukrayna) 8:3

97 kq
1/2 final - Nurməhəmməd Hacıyev - Aliaksandr Huştin (Belarus)
1/4 final - Nurməhəmməd Hacıyev - Georgi Ketoyev (Ermənistan) 3:0

BAKU.WS