055 213 76 73
Rafael Ağayev Avropa çempionatı qabağı son hazırlıq yarışına çıxıb.
BAKU.WS-in məlumatına görə, həmyerlimiz 6-8 aprel tarixlərində Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirində iştirak edib.
Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində çıxış edən Rafael Ağayev (-75 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Bununla yanaşı, idmançımız dünya reytinqində xal üzrə 1-ci yerini yenidən qoruyub saxlaya bilib.
Rabat Premyer Liqasında 75 ölkədən 545 idmançı mübarizə aparıb.
BAKU.WS