SİZİN REKLAM BURADA!
055 213 76 73



İdman gimnastları Azərbaycan birinciliyi üzrə yarışlarda mükafatlandırılıb.

BAKU.WS-in məlumatına görə, 2009-2010-cu təvəllüdlü oğlanlar arasında idman gimnastikası üzrə çoxnövçülükdə qızıl medalı Hüseyn Xəlilov qazanıb. İkinci yerə David Məmmədov, 3-cü yerə isə Rəzul Azər Acalov layiq görülüb. Yuxarı yaşlı kateqoriyasında 2006-2007-ci il təvəllüdlü Şamxal Əhmədov qızıl, Adil Paşayev isə gümüş medal qazanıb.

2007-2008-ci il təvəllüdlü idmançılar arasında çempion Rizvan Tağızadə olub. İkinci yerə Çingiz Vəliyev, bürünc medala isə Əli Xəlilov layiq görülüb.

Qeyd edək ki, Xəlilov qardaşları az yaşlarından idmanla məşğuldurlar. Əlinin 9, Hüseynin isə isə 6 yaşı var. Uşaqlar öz həyatlarını idmana həsr ediblər. Xəlilov qardaşlarının yaşlarının az olmasına baxmayaraq artıq idman gimnastikasında böyük uğurlar qazanıblar. Onlar ölkənin ən perspektivli və ümid vəd edən idmançılarından sayılır. 

BAKU.WS