VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan çempionu Fövqi Əfəndi fitnesə yeni başlayanlara məsləhət verib və bədən ölçüləri barədə danışıb.

BAKU.WS-in məlumatına görə, Fövqi Əfəndi bildirir ki, bədən çıxarmaq istəyənlər ilkin olaraq qarşısına məqsəd qoymalıdır. Fitness müəlliminin sözlərinə görə, bu işi kiməsə görə yox, özünüz üçün etməlisiniz: 

"Bəziləri sevgilsiinə görə və ya məhlədəki dostuna görə bədən çıxarmağa çalışırsa, indidən gedib başqa işlə məşğul olsun. Bu daha məsləhətdir. Yox əgər yaxşı bədən çıxarmaq, düzgün bədən quruluşuna sahib olmaq istəyirsinizsə, o zaman qarşınızda məqsədiniz olmalıdır. Gəlib mənasız sualı verməməlisiz. "Görəsən mən neçə aya bədən çıxara bilərəm?" kimi sual verilməməlidir.

O fikirlə gələndə onsuz da bədən çıxara bilməyəcəksiz. Çunki bu, qısa müddətli prosedur deyil. Uzun çəkən bir prosedurdu və əgər siz davamlı məşğul olsanız inkişafı pillə-pillə görəcəksiniz. 5 ay sonra istədiyiniz nəticəni əldə etdikdən sonra bu məşqi buraxmamalısız. Çünki bədən quruluşu qalıcı bir şey deyil. Düzgün bədən quruluşuna sahib olmaq davamiyyət istəyir.

Fövqi Əfəndi fitnesslə artıq 7 ildir ki, məşğul olduğunu bildirib. Onun sözlərinə görə, bu idman növündə əsas məqsəd ağlınızda qurduğunuz bədən quruluşuna sahib olmaqdır: 

"İndiyə kimi nə özümə, nə də başqalarına sual verməmişəm ki, "Bir il sonra necə olacam?" Bunu mən mütəmadi olaraq edirəmsə, qarşımda məqsəd varsa, zamanla da nəticəni görürəmsə, bu sualı vermək mənim üçün mənasız gəlir. Sizin əsas məqsədiniz ağlınızda qurduğunu bədən quruluşuna sahib olmaq olsun. Məqsədlərinizə zaman sərhəddi qoymayın. Çünki, zaman sərhəddi qoyduğunuz müddətə qədər motivasiyanız yüksək olacaq. Həmin zamana qədər istədiyinizi edə bilməsəniz ruhdan düşəcəksiniz. Çünki sizin beyninizdə limitlədiyiniz zaman artıq bitib. Ona görə də ağlınızıda olsun ki, hansı bədən quruluşuna sahib olmaq istəyirsiz. O istiqamətdə çalışmağa başlayın. Bu işdə biz sizə köməklik edəcəyik.

Qarşımıza məqsəd qoyduq və deyək ki, ağlımızda olan bədən quruluşunu müəyyən etdik. İlkin olaraq nə edəcəyik?

İlkin olaraq hazırki vəziyyətimizi dəyərləndirəcəyik. Bunu gələcəyə necə dəyişə bilərik? Bu barədə söhbət edəcəyik. İlkin vəziyyətimizi dəyərləndirmək üçün çəkimiz, bədən ölçüləri, duruş pozğunluğunu müəyyən etməliyik. Sonra başlayıb 3-4 ay sonra bunları müqayisə etməliyik.

Məşqə başlamamışdan öncə bədənizinin müxtəlif yerlərinin şəkillərini çəkin və telefonunuzda saxlayın. 3 ay sonra sizə kimsə heç bir dəyişiklik olmadığını söylədikdə ona fərqi göstərmək imkanınız olsun. Çünki kənardan biri sizin başlanğıcda hansı bədən formasına sahib olduğunuzu bilmir. Müştərilərimdən biri 1 il boyunca təxminən 40 kq. arıqlayıb. Həmin insanı görən tanışları deyib ki, sən niyə idman etmirsən. Halbuki onun 40 kq. arıqladığını fərq etmirlər. O, 120 kilodan artıq 80 kiloya düşüb.

Daha ətraflı təqdim edəcəyimiz videodan baxa bilərsiniz:

Qeyd edək ki, "Fitway" zalında müştəriləri üçün qrup halında fərdi məşqlər pulsuzdur. Zalda 1-3-5-ci günlər 16:00-18:00-də Qasımov Əmrah və Günay Hüseynova ilə 2-4-6-ci günlər isə 15:00–17:00-dək Kamran Qulamov və Səadət mütəllimova ilə pulsuz olaraq fərdi məşqlərə qatıla bilərsiz. Məşqlərdə Fövqi Əfəndi də iştirak edəcək.

Ünvan: Nizami küçəsi 1/3 Axundov bağından yuxarı. 08:00 - 22:30. 
Əlaqə: 050 977 17 87 
www.fitway.az
Instagram: fitway_gym     
Instagram: fitway_food 

BAKU.WS