VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna yeganə namizəd Qurban Qurbanovdur.

BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin tanınmış idman jurnalisti Sənan Şəfizadə Facebook səhifəsində yazıb.

O qeyd edib ki, noyabrın 3-də milli komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsiylə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Hazırda ölkənin əsas komandasında baş məşqçi postuna yeganə namizəd "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur.

AFFA-nın mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, namizədlərin siyahısı ilə bağlı hələlik məlumat yoxdur.

“Siyahı sabah müəyyənləşəcək. İcraiyyə komitəsinin iclasında baş məşqçi postuna namizədlər müzakirə olunacaq”, - deyə mətbuat xidmətindən bildirildi.

BAKU.WS