VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasını "Çelsi"nin sabiq baş məşqçisi Roberto Di Matteo çalışdıra bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İddiaya görə, AFFA italiyalı mütəxəssisə dəvət göndərib. 47 yaşlı məşqçinin təklifə hansı cavabı verəcəyi məlum deyil.

Qeyd edək ki, Roberto Di Matteo futbolçu karyerası ərzində İsveçrənin "Şkaffhauzen", "Sürix", "Aarau", İtaliyanın "Latsio" və İngiltərənin "Çelsi" klublarında çıxış edib. Məşqçi kimi fəaliyyətə 2008-ci ildə başlayan isveçrəli İngiltərənin "Milton Keynes Dons" (2008-2009) və "Vest Bromviç" (2009-2011) klublarını çalışdırıb. 2011-2012-ci illərdə "Çelsi"də məşqçi işləyən 47 yaşlı mütəxəssis 2012-ci ilin mart-noyabr aylarında komandanın baş məşqçisi olub. 2014-2015-ci illərdə Almaniyanın "Şalke 04" klubuna başçılıq edən Roberto Di Matteonun son iş yeri "Aston Villa" olub. O, 2016-cı ilin 2 iyunundan 3 oktyabrınadək bu komandanı çalışdırıb.

2010-cu ildə "Vest Bromviç"i Premyer Liqaya çıxaran mütəxəssis 2011/12 mövsümündə "Çelsi" ilə İngiltərə Federasiya Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.

İman
BAKU.WS