VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Oyunçuların hamısını oynatmağa çalışırıq. Futbolçuların hamısına şans vermək istəyirik. Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mənim “Qarabağ”a, onun tarixinə böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, çox çətin olacaq”.

Bu sözləri “Roma”nın baş məşqçisi Eusebio Di Françesko futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Roma”nın texniki cəhətdən “Qarabağ”dan üstünlüyü çoxdur:

“Hər bir oyunun nəticəsi bizim üçün əhəmiyyətlidir. Seçdiyimiz siyasət bəllidir: bütün rəqiblərə qarşı sərt və qəddar olmaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Rəqibə heç bir güzəşt olmayacaq. Heyəti bütöv şəkildə dəyişə bilmərəm. Hansı dəyişikliklərin olacağını da indidən söyləmək düz olmaz”.

Eusebio Di Françesko “Qarabağ”ın futbolçusu Mahir Mədətovdan da danışıb:

“Çox maraqlı oyunçudur. Uzaqdan zərbələri ilə seçilir. Burada onu da izləyəcəyik. Lakin burada olmaqda məqsədimiz “Qarabağ”a qarşı oynamaqdır. Həm də rəqibin heyətində Dino Ndlovu, Pedro Enrike kimi daha güclü futbolçular var”.

BAKU.WS