SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə jurnalist Vüqar Həsənovun başını mərcdə uduzduğu üçün keçəl qırxıb. 

BAKU.WS-in məlumatına görə, jurnalist Çempionlar Liqasında "Qarabağ" - "Şerif" qarşılaşmasından öncə bildirib ki, komandamızın növbəti mərhələyə keçəcəyi halda saçını keçəl etdirəcək. 

Jurnalist sözünün üstündə duraraq saçını keçəl etdirib. Onun bərbəri isə Bəhram Bağırzadə olub. Aktyor həmin anları əks etdirən görüntünü videoya çəkib və sosial şəbəkədə yayıb. 

Qeyd edək ki, "Qarabağ" səfərdə Moldovanın "Şerif" klubunu 2:1 hesabı ilə məğlub edib. 
 
İman
BAKU.WS