VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Bakı şəhəri 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməməyi qərara alıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. 
Onun sözlərinə görə, səbəb Azərbaycanda yaxın illərdə keçiriləcək nüfuzlu yarışların təşkilati işlərinin böyük ciddilik tələb etməsidir:
 
"Bakı şəhəri qarşıdakı illərdə çox böyük turnirlərə ev sahibliyi edəcək. 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup və 1/4 final matçlarının təşkili, eləcə də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq, namizədliyimizin verilməməsi qərara alınıb".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərin siyahısını açıqlayıb. Siyahıda Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) yer alıb. Bakı ilə yanaşı, Əhmədabad (Hindistan) və Toronto (Kanada) namizədlikdən imtina edib. Qalib şəhərin adı 2017-ci ildə açıqlanacaq. 
 
BAKU.WS