SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycandakı "Formula 1” (F1) təşkilatçıları 2016-cı ildə keçiriləcək ilk F1 yarışı üçün hazırlanan pistin Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiq edilməsini gözləyir.


BAKU.WS-in məlumatına görə, gələn il iyulun 17-də Azərbaycan Avropa GP adı altında ilk "Formula 1” yarışına ev sahibliyi edəcək. "Hermann Tilke” təşkilatının hazırladığı 6 km-lik pistdə 20 döngə var və pist Bakı prospektlərinə uyğun olaraq hazırlanır. 

"Bakı Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimov məsələ ilə bağlı açıqlama verərək FİA-dan cavab gözlədiklərini bildirib: "Bir neçə kiçik dəyişiklik edilməsini gözləyirik. Hələ bu planlar təsdiqlənməyib. İnfrastrukturun hazırlanması üçün istifadə olunacaq vəsaiti asan bir şəkildə qurmaq və sonradan yığışdırmaq üçün çalışırıq. F1-in pistinin quruluşu və dizaynı artıq tamamlanıb. Əlavə hər hansı problem olmayacağından əminik. Bəzi döngələrdə tənzimləmə ediləcək olsa da pistin ümumi quruluşu dəyişməyəcək", deyə A.Rəhimov söyləyib. 


Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq. Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir. 


BAKU.WS