SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakıya gəlib. 
 
BAKU.WS-in məlumatına görə, ispan pilot paytaxtımızda olduğunun "İnstagram" səhifəsində şəkil yerləşdirməklə bildirib. F.Alonso şəklin altına yazdığı şərhdə Bakıya salamlar göndərib.
 
Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Bakı sakinlərinə videomüraciət də ünvanlayıb. 
 
Qeyd edək ki, 34 yaşlı F.Alonso Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibidir və hal-hazırda "McLaren" komandasının heyətində yarışır. 
 
BAKU.WS