VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bu, alçaldıcı məğlubiyyət oldu. Buna baxmayaraq, başımızı qaldırıb mübarizə aparacağıq".

BAKU.WS-in Reporta istinadən verdiyi məlumata görə, bunu yerli mətbuata açıqlamasında Yunanıstanın "Panatinaikos" klubunun prezidenti Con Alafouzos deyib.

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Afinada "Qəbələ" ilə 2:2 hesablı bərabərə qalan Yunanıstan klubunun prezidenti nəticəni belə şərh edib: "Seçim variantımız yoxdur. Yenidən özümüzə gəlib, mübarizəyə davam etməliyik. Oyun vaxtı səhvlərimiz oldu. Ancaq mən baş məşqçi və futbolçulara güvənirəm. Mübarizəni davam etdirməliyik".

Qeyd edək ki, 2 oyunun nəticəsinə görə, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb - 0:0; 2:2.

BAKU.WS