VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Nizami” stansiyasında təmirə bağlanan eskalator sabahdan istifadəyə veriləcək.
 
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
 
"10 oktyabr 2015-ci ildən əsaslı təmirə dayandırılan "Nizami" stansiyasındakı 1 saylı eskalator sabahdan sərnişinlərin istifadəsində olacaq”, - deyə N.Paşayev əlavə edib. 
 
Xatırladaq ki, 2015-ci ilin təmir planına uyğun olaraq, "Nizami" stansiyasının 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılıb. Bakı Metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.
 
BAKU.WS