SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mingəçevir şəhər icra başçısının xidməti avtomobilinin sürət həddini aşması ilə bağlı video yayılıb.

BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, videonu reportyor.tv yayıb. 22 yanvar tarixində çəkilmiş videodan görünür ki, icra başçısının avtomobili yol hərəkəti haqqında qanunlara məhəl qoymur. O, sürət həddi 90 km/saat olan yerdə saatda 180 km sürətlə hərəkət edir.

Videonu isə digər maşında olan şəxslər çəkiblər.

Başçının sürücüsünə və bu videonu çəkən şəxsə 250 manat və 4 cərimə balı yazıla bilər.
 
BAKU.WS