SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Televiziyasında daha bir kadr yeniliyi olub. 

BAKU.WS xəbər verir ki, AzTV-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov bu dəfə proqramlar departamentinin direktoru müavini vəzifəsində dəyişiklik edib. Onun göstərişi ilə sözügedən vəzifəyə Süleyman Məmmədov təyin edilib. 

Qeyd edək ki, S. Məmmədov bundan əvvəl Xəzər TV-də reklam departamentinin rəhbəri vəzifəsini icra edib. Təxminən 1 il əvvəl tutduğu vəzifədən azad edilmişdi.

Azər Nəsibov
BAKU.WS