VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“İki il bundan əvvəl Novruz bayramı üçün güzəştli kampaniya ilə ev alsaq da, hələ də, sevincimiz qursağımızda qalıb”.

Bu sözləri BAKU.WS-ə şikayətində paytaxt sakini İlahə Vəliyeva bildirib. O, qeyd edib ki, 2017-ci ildə “AAAF-Park” şirkətinin tikdirdiyi yaşayış binasında ev alıblar.

“Xırdalan şəhərində, H.Əliyev prospekti 167 ünvanında tikilən 2-ci binadan ev götürmüşdük. Mənzil 1 otaqlı, 29,2 kv. ibarət olmalıdır. Demişdilər bir ilə bina hazır olacaq. Lakin hələ də, bina hazır deyil. Hər dəfə də bir bəhanə gətirirlər”, - deyə İlahə Vəliyeva bildirib.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin iş icraçısı Hacı Ceyranov BAKU.WS-ə bildirdi ki, müəyyən səbəblərə görə, tikinti bir qədər yubanıb.

“Bina bu ilin sonuna qədər tam hazır olacaq və mənzillər sahiblərinə təhvil veriləcək”, - deyə şirkət rəsmisi bildirib.

Cavid Babayev
BAKU.WS