VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat genişləndirilir, inkişaf etdirilir".

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir birldirib ki, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır:

“Müxtəlif müavinətlərin, təqaüdlərin 2 dəfədən çox artırılması, əmək haqları və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzaranın yaxşılaşmasına yönəlib”.

Nazir qeyd edib ki, sosial təminat, sosial müavinət sistemi mütəmadi inkişaf etməyə, təkmilləşməyə ehtiyacı olan sistemdir: “Daim təkmilləşmə, inkişaf aparılaraq müxtəlif kateqoriyadan olan insanlarımıza xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.

BAKU.WS