SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda hündürmərtəbəli binadan atılan zibil bir maşına ciddi zərər vurub.

BAKU.WS
  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xudu Məmmədov 36 ünvanında yerləşən yaşayış binasının qarşısına baş verib.

Bina sakini Naib Tegin “Wolksvagen Passat” markalı avtomobilini martın 17-i saat 20 radələrində parkinq yerində saxlayıb.

Bu gün səhər saat 07:30 radələrində maşına yaxınlaşdıqda isə ön hissənin üzərində içində konserv qabı və butulka olan zibil paketi tapıb. Həmin zibilin neçənci mərtəbədən, kim tərəfindən atıldığı bilinməsə də nəticədə avtomobilin ön şüşəsi sınaraq yararsız hala düşüb.

N.Tegin bildirib ki, hadisəni görən olmayıb və onu kimin törətdiyini müəyyən etmək qeyri-mümkün olduğundan rəsmi qaydada şikayət etməyib: “Amma bunu ictimailəşdirməkdə məqsədim odur ki, bu cür adamlara qarşı ictimai qınaq olsun və bir də belə hərəkət etməsinlər. Çünki həmin zibil torbası bir insanın, bir uşağın başına düşər və ağır xəsarət yetirə bilərdi”.

BAKU.WS