055 213 76 73
Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə paytaxtdakı 74 yol kəsişməsində sarı torların yaradılması ilə bağlı layihənin icrasına başlayacaq.
Bu barədə mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə məlumat verib.
“Yol hərəkətinin təşkili, nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda 74 kəsişmənin hər birində sarı kəsişmə toru nişanlanması tətbiq ediləcək.
Bunun sayəsində Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, günün pik saatlarında sıxlıqların yaranmasının qarşısı alınacaq”, - deyə Mais Ağayev bildirib.
BAKU.WS