» » Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq


12-02-2019 | 09:34

  • 9 600

Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq


“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son onillikdə (2009-2018–ci illərdə) yalnız 4 il havanın orta aylıq temperaturu iqlim normasından aşağı olub: "6 il isə 1,4-2,6 dərəcə yüksək olub. Ən isti fevral ayı isə 2002-ci ildə qeydə alınıb (orta aylıq temperatur iqlim normasından 3,3° yüksək), havanın maksimal temperaturu fevralın 26-da müsbət 23,5°-dək yüksəlib.

Müqayisə üçün demək olar ki, bu il fevralın ilk ongünlüyündə maksimal temperatur Bakıda 10-13 dərəcədən yüksək olmayıb. Qışda Abşeronun temperatur rejiminə Xəzərin yumşaldıcı effekti nəticəsində müsbət minimal temperaturlar üstünlük təşkil edir. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında qış fəsli üçün orta minimal temperatur müsbət 3.2 0С təşkil edir.

Unikal səth örtüyü və coğrafi mövqeyi olan Abşeronda mənfi minimal temperaturlar və qarlı hava şəraiti o qədər də səciyyəvi deyil və əsasən Skandinaviya, Kars və Kontinental antisiklonların müdaxiləsi, bəzi hallarda Aralıq siklonları ilə bağlı olan soyuq hava cəbhələrinin keçməsi nəticəsində müşahidə edilir. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur”.

U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb:

"Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, “qış çox sərt keçəcək” proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə “havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı” göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar.

Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir”.

Şöbə müdiri onu da vurğulayıb ki, 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb:

“Havanın orta aylıq temperaturu 0.7° şaxta olub ki, bu da iqlim normasından 5.6° azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində havanın minimal temperaturu isə mənfi 8°-dək enib. Cox illik meteoroloji müşahidələrə görə ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6° şaxta olub. 1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb. Hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib.

Son 40 il ərzində isə 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11° şaxta təşkil edib. Bu proses zamanı Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması qeydə alınmış, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil etmişdi.

2017-ci il fevralın 1-2-də Bakıda qar müşahidə edilib. Qar örtüyü əmələ gəlmiş və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Dünya təcrübəsində aylıq proqnozlar ümumi xarakter daşıyır, ay ərzində üstünlük təşkil edən orta temperaturun və yağıntı rejiminin səciyyəsi verilir”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi Şou-biznes Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Hadisə / Video "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Əsas Xəbər / Hadisə Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Əsas Xəbər / İdman / Video Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq
17 fevral 2019

Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq

1 474 Həyat tərzi
Bakıda 75 min manata ağac satılır - VİDEO
17 fevral 2019

Bakıda 75 min manata ağac satılır - VİDEO

405 Hadisə / Video
Sumqayıtda mağaza yandı
17 fevral 2019

Sumqayıtda mağaza yandı

103 Hadisə
Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)
17 fevral 2019

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)

298 Əsas Xəbər / Həyat tərzi
FACESTUDIO-dan COLOR ENDİRİMİ
17 fevral 2019

FACESTUDIO-dan COLOR ENDİRİMİ

122 Həyat tərzi
Cəbhədə son vəziyyət
17 fevral 2019

Cəbhədə son vəziyyət

58 Qarabağ
İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)
17 fevral 2019

İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)

1 190 Əsas Xəbər / Video / Siyasət
Banklarda pulu olanlara ŞAD XƏBƏR
17 fevral 2019

Banklarda pulu olanlara ŞAD XƏBƏR

1 293 İqtisadiyyat
Günün ulduz falı - 17 fevral
17 fevral 2019

Günün ulduz falı - 17 fevral

315 Həyat tərzi