VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yol polisi maşını dövlət qeydiyyat nişanı çirkli halda idarə olunması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq.

İdarənin şöbə rəisi Rüfət Quliyev BAKU.WS-a açıqlamasında bildirib ki, videoda həmin avtomobilin dəqiq hasnı quruma aid olduğu da məlum deyil.

“Video baxış zamanı hadisənin harada baş verdiyi və hansı zaman çəkildiyi məlum deyil. Yenə də Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xatırladılır ki, hər hansı sürücüdən və avtomobildən asılı olmayaraq, bu qanun şamil edilir.

Göstərilən videoda hansısa tanınma nişanı görünmür. Bununla bağlı hansısa fikir demək çətindir. Hadisənin nə vaxt və hansı şəraitdə baş verdiyi də dəqiq deyil”, - deyə qurum rəsmisi bildirib.

R.Quliyev deyib ki, Yol Hərəkəti haqqında qanunun tələbinə əsasən, hərəkətdə olan hər hansı avtomobilin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz halda saxlamalıdır:

“Hazırda qış mövsümü ilə əlaqədar olaraq kənd və yollarda çirklənmə, palçıq yaranması ehtimalı artdığından sürücülər dövlət qeydiyyat nişanlarını təmiz saxlamağa daha çox diqqət yetirməlidirlər”.

Qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyat nişansız və ya saxta nömrələrlə, yaxud qeyri-standart nömrələrlə idarə etməyə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Ziya SƏCCAD
BAKU.WS