VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməməsilə bağlı icra hakimiyyəti açıqlama verib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur.

“Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib.

Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov konsertin keçirilməsinə icazə verilmədiyini bildirib. Bu barədə daha ətraflı “İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi”, adlı xəbərdə daha ətraflı məlumat verilib.

Ziya SƏCCAD
BAKU.WS