VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün “Sipark” İnşaat və şirkətin rəhbərliyi haqda bir neçə saytda və sosial şəbəkə səhifələrində bəzi məlumatlar yayılıb. Həmin məlumatlarda tanınmış qadın müğənnilərlə “Sipark” rəhbərliyinin özəl münasibətindən söz açılır.

Əslində bir gün öncəyə qədər bu məlumatda qadın müğənnilərlə başqa bir şəxsin adı hallanırdı. Maraqlıdır ki, sonradan hansısa səbəbdən müğənnilərlə “Sipark” rəhbərliyinin “eşq yaşadığı” barədə xəbərlər yayılmağa başladı.

BAKU.WS bildirir ki, bununla bağlı “Sipark” şirkətinin hüquqşünası, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev xüsusi açıqlama yayıb.

BAKU.WS vəkilin açıqlamasını təqdim edir:

“Bildirmək istəyirik ki, bəzi saytlarda “Sipark” şirkəti və onun təsisçiləri haqqında həqiqətdən uzaq, təhqir və böhtan dolu yazılar yayılıb. Həmin məqalələrdə göstərilənlərin hamısı qərəzli olmaqla, böhtan xarakterlidir, şərəf və ləyaqəti, işgüzar nüfuzu qəsdən ləkələmək məqsədi daşıyır. Xatırladırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi bu cür təhqir və böhtan xarakterli yazıları dərc edən şəxslər, o cümlədən kütləvi-informasiya vasitələri üçün çox ciddi məsuliyyət müəyyən edir. Bir daha bəyan edirik ki, “Sipark” şirkətinin və onun məqalədə adı keçən rəhbər şəxslərinin orada adları göstərilən insanlarla və hadisələrlə heç əlaqəsi yoxdur. Buna görə də biz öz şərəf və ləyaqətimizin müdafiəsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

“Sipark”dan BAKU.WS-ə verilən məlumata görə, xəbəri ilk yayan sayt artıq bunu öz səhifəsindən silib.

BAKU.WS

Vəkil Vüqar Babayev