VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


AzTV-nin binası dezinfeksiya olunacaq.

BAKU.WS
 xəbər verir ki, bu məqsədlə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dezinfeksiya xidmətinin satınalınması məqsədilə kortirovka sorğusu elan edib.

Kotirovka sorğusunun iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 15 fevral 2019-cu il saat 18.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 18 fevral 2019-cu il saat 12.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı proseduranda iştirak edə bilərlər.

BAKU.WS