055 213 76 73
2019-cu il 1 fevral tarixindən etibarən “Buta Airways” aviaşirkətinin bütün aviareyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bundan sonra, uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək.
Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnişinlər hava limanında pulsuz "Baqajın qəbulu" (Baggage Drop) masasından istifadə edə bilərlər.
Onlayn qeydiyyatdan keçən sərnişinlər üçün minik talonunun çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir.
2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
•instagram.com/ButaAirways
•twitter.com/ButaAirways
•t.me/Buta_Airways