SİZİN REKLAM BURADA!
055 213 76 73



Yevlax rayonunda özünüməşğulluq proqramından yararlanmaq istəyən sakinləri aldadıblar.

Bu barədə BAKU.WS-ə şikayətlərində bildiriblər. Rayon sakini Sərvər Mahmudov bildirib ki, Yevlax rayonunda məşğullu mərkəzində işsiz kimi qeydiyyata düüşb. Daha sonra o, 1 ay kurslara qatılıb və özünüməşğulluq proqramına qatılıb.


Bir müddət sonra ona iribuynuzlu heyvanlar veriblər. Rayon sakinləri iddia edirlər ki, onlara verilən heyvanlar qocadır.

“Bİzə xəstə və yaşlı iribuyuzlu heyvanlar verdilər. Dedilər ki, biri 2500 manat dəyərindədir. Heyvanları verəndə heç bir sənəd də təqdim etmədilər. Bu mallar bazarda 700-800 manata satılır”, - deyə Sərvər Mahmudov bildirib.


Məsələyə deputatlar da münasibət bildiriblər.

Deputat Araz Əlizadə Əmək və Sosial Siyasət Komitəsinin iclasında əhaliyə verilən heyvanlarla bağlı şikayətlərdən “qafqazinfo”ya danışıb.

"Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar.

O, şəkillərin düz olduğunu bilmir. Amma mən deyim ki, bu şəkillər düzdür. Həmin heyvanlar qocadır”, - deyə millət vəkili bildirib.

O vurğulayıb ki, nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib:

"Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan-cavan adamlardır, amma yuxarıdan gedirlər.

Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır.

Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiz ? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir?

Soruşmurlar ki, bunla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, iddialar həqiqəti əks etdirmir Bununla bağlı ətraflı məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS