SİZİN REKLAM BURADA!
055 213 76 73



“Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.


“Silk Way Helicopter Services”-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

"İnsanların həyatını xilas etmək SWHS üçün prioritetdir və onun əsas məqsədlərindən biridir", - məlumatda bildirilib.

BAKU.WS