VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ekologiya və Təbii Sərvətlər Nazurliyində yaradılmış Qərargah növbəti məlumat yayıb.

Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, saat 23:00-a olan məlumata əsasən Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayitda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 metr olub.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.

Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

BAKU.WS