VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolda 2 həftə öncə açılmasına baxmayaraq, yenidən təmir işləri aparılır.

AZXEBER.COM xəbər verir ki, vətəndaşlardan birinin lentə aldığı görüntü məhz sözügedən yolda çəkilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 26 dekabr tarixində açılan yolda təmir işlərinin hansı səbəbdən aparılması isə məlum deyil.

Qeyd edək ki, yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikib. Bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı Sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir.

Yol sosial evlərdə yaşayan sakinlərin daha rahat şəhər mərkəzinə hərəkət etməsi üçün inşa edilib.

BAKU.WS