SİZİN REKLAM BURADA!
055 213 76 73



İki ildir itkin düşərək və polis tərəfindən axtarışa verilən Elşad İqbal oğlu Həsənovu Bakıda görüblər. 

BAKU.WS 
xəbər verir ki, valideynləri və həyat yoldaşı onun tapılması üçün ATV-nin "Bizinləsən" verilişinə müraciət ediblər.

Səid adlı Bakı sakini onu 8 yanvar tarixində "Neftçilər" metrosu yaxınlığında gördüyünü iddia edir.

Maraqlı məqam budur ki, 51 yaşlı İqbalın atası və anası oğullarının gəlinləri tərəfindən öldürüldüyünü və cəsədinin gizlədildiyini iddia edirdilər.

Qeyd edək ki, Elşad İqbal oğlu Həsənovu bundan əvvəl "Bizə danış" verilişi vasitəsilə axtarılırdı.

BAKU.WS