SİZİN REKLAM BURADA!
055 213 76 73



Gələn il 30 min işsiz insan ictimai işlərə cəlb olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilən beynəlxalq elmi-praktik konfransda verilib.

Çıxış edənlər bildiriblər ki, bu il 626 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib. Gələn il isə 800 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillərin verilməsi nəzərdə tutulub. Əlavə olaraq bir binada da tikinti işləri gedir. Burada işlər yekunlaşsa, verilən mənzillərin sayı 900-ə yaxın olacaq. Qeyd edilib ki, gələn ildən etibarən yeni hazırlanan "İşsizin Dostu" layihəsi çərçivəsində işsiz insanlar ictimai işlərə cəlb ediləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev avtomatlaşdırılmış pensiya təyinatı sistemi ilə bağlı son vəziyyəti də açıqlayıb.

Digər 30 faiz isə xüsusi və güzəştli şərtlərlə pensiya alanlardır ki, onlarla bağlı da qanunvericilik bazası hazırlanır. Nazir sosial müavinət alan ailələrə Yeni illə bağlı veriləcək 100 manatlıq birdəfəlik yardıma da toxunub.

Sonra Nazirliyin strukturlarında uzun illər səmərəli fəaliyyəti ilə seçilən işçilər və müvafiq sahənin təşviqində fəal iştirak edən "Sosial elçilər" mükafat və diplomlarla təltif olunublar.

BAKU.WS