VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Dekabrın 10-dan "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasına giriş-çıxış məhdudiyyəti saat 08:20-dən 18:00-a qədər davam edəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, hazırda məhdudiyyət saat 17:00-da qədər davam edir.

Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.

BAKU.WS